Gürcüstanda aksiya keçirilir

Gürcüstan parlamenti yaxınlığında Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərə qarşı etiraz aksiyası keçirilir.

Day.Az bu barədə Gürcüstan KİV-lərinə istinadən məlumat verir.

Aksiya iştirakçıları Rusiyadan birbaşa uçuşların dərhal ləğv edilməsini tələb edirlər.

Parlamentin qarşısında siyasətçilər, vətəndaş fəalları və sadə vətəndaşlar toplaşıblar.