"Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri sırasında olan "Məhkəmə-Hüquq Şurasının üzvü olmaqla onun işində iştirak edir" maddəsi ləğv olunub.