Beyləqanda ağır qəza

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonunun Bünyadlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı və "Mercedes Sprinter" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ" da olan 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.