Ermənistanda Türkiyə hərbçilərinə qarşı hörmətsizlik

Ermənistanda hərbçilər arasında güləş üzrə dünya çempionatında Türkiyə bayrağına qarşı hörmətsizlik edilib.

Day.Az globalinfo.az-a istinadən bildirir ki, çempionatın açılış mərasimində iştirakçı ölkələrin adı elan edilərkən erməni hərbçilər onları alqışlayıblar.

Lakin Türkiyənin adı çəkilərkən alqışı dayandırıblar.

Qeyd edək ki, Ermənistanda keçirilən hərbçilərin güləş üzrə 37-ci dünya çempionatında Azərbaycan iştirak etmir.