https://news.day.az/azerinews/1788890.html Dövlət xətti ilə verilən ipoteka kreditlərinin SAYI AÇIQLANDI Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 003 borcalana 3 milyard 680,066 milyon manat kredit verib. Day.Az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin SAYI AÇIQLANDI

Azərbaycanca, 17 октября 2025 17:06 (UTC +04:00) 394
Dövlət xətti ilə verilən ipoteka kreditlərinin

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 003 borcalana 3 milyard 680,066 milyon manat kredit verib.

Day.Az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 642 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 8 256 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости