Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin X sosial media hesabında paylaşım edilib. Paylaşımda deyilir: "Bu gün Prezident Emmanuel Makrondan (@EmmanuelMacron) telefon zəngi aldım. Telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi apardıq.

Biz, həmçinin regional və qlobal prosesləri müzakirə etdik".