Məleykə Abbaszadə rəisi işdən çıxardı

Day.Az представляет новость на азербайджанском языке

Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə Regional Bölməsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb.

Day.Az "Report"a istinadən bildirir ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən mərkəzin Bərdə Regional Bölməsinin müdiri Samir Əliyev işdən cıxarılıb.
Bərdə Regional Bölməsinin fəaliyyət dairəsinə Bərdə, Yevlax, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Beyləqan, Zərdab, Laçın və Xocavənd rayonları daxildir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.