Türkiyədə 70 milyon dollarlıq radioaktiv maddə müsadirə edildi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə paytaxtı Ankarada keçirilən əməliyyat nəticəsində dəyəri 70 milyon dollar olan kalifornium maddəsi aşkarlanaraq götürülüb.

Day.Az report-a istinadən xəbər verir ki, kalifornium (Cf) radioaktiv kimyəvi elementdir. 

Bu maddə ilk dəfə 1950-ci ilə ABŞ-da Kaliforniya Universitetirində əldə edildiyi üçün bu ali təhsil ocağının şərəfinə "kalifornium" adlandırılıb. Həmin maddədən nüvə silahlarının başlıqlarında və Atom Elektrik Stansiyalarında istifadə olunur. Onun bir qramı 4 milyon dollardır.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.