Ədalət Şükürovun qızının toyundan maraqlı görüntülər

Ötən axşam Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toy mərasimi baş tutub.

Day.Az xəbər verir ki, o, Ənvər adlı bəylə ailə qurub.

Məclis şəhər restoranlarından birində keçirilib. Toya şou-biznes nümayəndələri dəvət edilib.

Gecədə qızını zala Ə.Şükürov gətirib. O, övladı üçün mahnı oxuyaraq, onunla rəqs edib.

Məclisdən görüntülər sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub.