"Sənəd düzəldən" kəndliləri aldadıb pullarını yedi Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Goranboy rayonu, Qızılhacılı kənd sakini, 1985-ci il təvəllüdlü Neman Bayram oğlu Eminov şübhəli şəxs qismində tutularaq rayon polis şöbəsinə gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, o, rayonun Şəfibəyli kənd sakini Ulduzə Rəhimovaya ixtisasartırmaya dair sənəd ala biləcəyinə söz verərək ilkin olaraq onun 300 manat pulunu mənimsəyib.

Qızılhacılı kənd sakini, Elməddin Eminovu Ali Hərbi Akademiyaya düzəldəcəyinə inandıraraq, ondan ilkin olaraq 1100, Quşçular kənd sakini Anar Həmidova isə təhsil aldığı özəl ali məktəbdən dövlət universitetinə keçirəcəyinə dair söz verərək onun 3 min 500 manat pulunu mənimsəyib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb. Qeyd edək ki, Neman Bayram oğlu Eminov əvvəllər də eyni əmələ görə məhkum olunub.