Azərbaycanda dəhşətli qəza - nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı

Day.Az представляет новость на азербайджанском языке

----------------
30.01.2016
13:21

Ağdaşda yol qəzasında həlak olanların adları məlum olub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi "Dodge", Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

---------
00:26

Ağdaş-Mingəçevir yolunda dəhşətli qəza baş verib

Milli.Az bildirir ki, hadisə şahidlərininölkə.az-a verdiyi məlumata görə, Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində baş verən qəzada 5 nəfər ölüb. Belə ki, nişandan qayıdan maşın karvanındakı öndə hərəkət "Dodge" markalı avtomobilin sürücüsü Orucov Zaur Eldar oğlu sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək "Niva" markalı avtomobillə toqquşub. Bundan sonra müvazinəti itirən arxadan gələn "VAZ-21015" markalı avtomobil də onlara çırpılıb. Qəza nəticəsində "Niva"da olan 3 şəxs hadisə yerindəcə keçinib. "Dodge" markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Orucov Zaur və "VAZ-21015" markalı avtomobildəki sərnişinlərdən biri - Mustafayeva Fərqanə İlham qızı da qəza zamanı vəfat edib.
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, 5 nəfərin də vəziyyəti ağırdır və ölənlərin siyahısında artım olacağı gözlənilir.
 
Yaralılar dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

-----------------
29.01.2016
23:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində 2 "VAZ" və "Dodge" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Day.Az-a verilən məlumat görə, dərhal Nazirliyin Aran Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə xilasedicilər "VAZ" markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:45-də başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.