Quba yolunda ağır qəza:

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saatlarında Quba rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Day.Az modern.az-a istinadən bildirir ki, yol qəzasına düşən avtomobildəki sərnişinlərdən Anar Akif oğlu Ağayev dünyasını dəyişib, onun qardaşı Arzuman Akif oğlu Ağayev ağır vəziyyətdə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hər iki şəxs modern.az saytının əməkdaşı Ağa Akifoğlunun qardaşlarıdır. Dünyasını dəyişən A.Ağayev ailəlidir, iki övladı var.

Quba Rayon Mərkəzi Xəstəxanasının Qəbul şöbəsinin həkiminin verdiyi məlumata görə, Anar Ağayev xəstəxanaya daxil olarkən vəfat edib, digər qardaş Arzuman isə sağ budun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.