Qaz olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı şəhəri  Sabunçu və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Day.Az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar "Azəriqaz" İB-nin təmir-tikinti idarəsi tərəfindən yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması və qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə mayın 20-də saat  09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin, həmçinin Xətai rayonunun Sarayevo, Q.Nəbi, M. Rüstəm, Cavanşir, Sadıqcan, M. Hadi, S. Ə. Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti, H. Aslanov qəsəbəsi, K. Kərimov, Əhmədli yolu və Zığ yolu ətrafı ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.