Maskalar yırtıldı: Atalay Demirçi Gülənin "qulu" çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin məşhur stənd-ap ustalarından biri, "Yetenek Sizsiniz Turkiye" müsabiqəsində qalib gələndən sonra populyarlaşan Atalay Demirçi iyulun 15-də hərbi çevrilişə uğursuz cəhd gecəsindən bəri sosial şəbəkələrdəki profillərind sürəkli olaraq demokratiya, Vətən barədə paylaşımlar edirdi.

Milli.Az bildirir ki, o, Twitter-dəki profilində yaydığı tvitlərdən birində yazmışdı: "Mən əsgər olacam, mənə parlamenti bombalamaq əmr olunacaq! İmkanım varsa, əmri verəni bombalayaram! Edə bilməsəm özümü öldürərəm".

Onun paylaşımlarının hamısı bu tipdə idi. Üstəlik, Atalay Demirçi mitinqlərə qatılır, çevriliş cəhdini lənətləyirdi.
Amma sən demə, bu adam ikiüzlü imiş. Belə ki, Türkiyənin məşhur "Ay Yıldız Team" haker qrupu Atalay Demirçinin Twitter-in profilini sındırıb onun yazışmalarını yayanda komikin gerçək siması ortaya çıxıb.

Türk basketbolçu, ABŞ-dakı "Oklahoma Siti Tander"in oyunçusu Enes Kanter və "Qalatasaray"ın sabiq ulduzu Hakan Şükürlə yazışmalarında Atalay Demirçi iyulun 15-dən sonra çox narahat olduğunu yazır.

Enes Kanter və Hakan Şükür çevrilişə cəhdin rəhbəri olduğu deyilən Fəthullah Gülənin ən sadiq tərəfdarları arasında yer alır. Atalay Demirçi isə özünü "Gülənin qulu" adlandırırmış.

A.Demirçi E.Kanterə yolladığı "direct" mesajda yazıb: "Məcburi qalaraq sənin profilinin təqibçiləri arasından çıxıram. qardaşım. Ümid edirəm anlayarsan. Nələər baxıb insanı ovlayırlar. Bir qədər gözlə, oralara gələcəyik. Nə olar, dua et! Allaha əmanət ol!"
İyulun 22-də isə A.Demirçi Hakan Şükür A.Demirçiyə yazıb: "Vəziyyətimizə bax, sıfırlandıq! Nə idik, nə odduq! Ev, maşın qiymətində xərclər, kimsə yardım etmədi. Onun yanına getdim, boş döndüm. Onun bizimlə məşğul olacaq vaxtı yox".

Hakerlərin bu yazışmaları yaymasından sonra Atalay Demirçi indi qapadığı İnstagram profilində yazmışdı: "Bu məktubu məktubu xain terror təşkilatı ilə adı bir yerdə çəkilən və bu səbəbdən də "əcəba, ölsəm daha yaxşı olmazmı?!" düşünərək intihar fikrinə düşən, xalqından üzr istəyən bir axmağın ifadələri olaraq oxuyun lütfən.
Twitter profilim hakerlər tərəfindən ələ keçiriləndən sonra barəmdə yayılan iftiralara verəcəyim cavabı xalqımın və millətimin, bu torpaqlarda yaşayan hər kəsin səmimiyyətlə, anlayışla qarşılayacağına ümid edirəm.

Ata və anasını kiçik yaşlarında itirmiş, uşaq evində böyümüş, yəni anası və atası dövlət olan, dövlətin çörəyini yeyərək böyümüş, kiçik yaşlarından etibarən heç bir qanunsuz qruplara meyl etməmiş insan olaraq bu ittihamların qarşısında şok və üzüntü içindəyəm. Fəthullah Gülənin hərəkatı ilə əlaqəm yoxdur, sadəcə, ötən illərdə bu hərəkata daxil olan məktəblərdə işimlə bağlı konsertlər vermişəm. Bunu hamı bilir. Məşhur idmançılar, iş adamları, sənətçilər və s. -nin bu hərəkatla nə qədər əlaqəsi varsa, məndə də elə olub. Sadəcə, dini biliklərimi artırmaq üçün təmaslarım vardı.
Həmin addımların xəta olduğunu bilirəm və iyulun 15-dəki hərbi çevriliş cəhdindən sonra fikrimi dəyişib Fəthullah Gülənin terror təşkilatını lənətləmişəm. Ötənlərdə mənəvi duyğularımdan sui-istifadə edənlərin məni aldatmalarına üzülürəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.