5 yaşlı uşağın antibiotikdən ölməsi haqda baş həkimdən açıqlama - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке
-------------------
22.12.2016
14:07
5 yaşlı Fatimə Sərdarova həkim səhlənkarlığının qurbanı olub.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 5 yaşlı Fatimə Sərdarovanın iki gün əvvəl qızdırması qalxıb. Tibb bacısı bununla əlaqədar ona antibiotik iynə vurub. Bundan sonra uşağın bədəni göyərib və az sonra dünyasını dəyişib.
Day.Az xəbər verir ki, ərazi üzrə 22 saylı uşaq poliklinikasının baş həkimi Rəna Qurbanova aznews.az-a açıqlamasında hadisənin rəhbərlik etdiyi səhiyyə ocağında baş vermədiyini bildirib:
"Hadisə Fatimənin öz yaşadığı evində olub. Uşağa iynəni bizim poliklinikanın tibb bacıları vurmayıblar. İynəni uşağa kim vurub, bu barədə məlumatsızam".
------------------
21.12.2016
18:07
Bakıda azyaşlı uşaq iynədən dünyasını dəyişib.
Day.Az xəbər verir ki, criminal.az saytına daxil olan məlumata görə, iki gün əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 5 yaşlı Fatimə Sərdarova səhlənkarlığın qurbanı olub.
Qızdırmalı vəziyyətdə olan F.Sərdarovaya tibb bacısı antibotik iynəsi vurub. Elə həmin an uşaq göyərib və canını tapşırıb.
Ərazi üzrə 22 saylı uşaq polikilinikasının baş həkimi Rəna Qurbanova criminal.az saytına faktı təsdiq etsə də, ölümün səbəbi barədə məlumatsız olduğunu bildirdi.
Baş pediatr Nəsib Quliyev də ölüm hadisəsi barədə məlumatsız olduğunu dedi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре