Mənsum İbrahimov: “Onunla necə mehriban olum axı?..”

Day.Az представляет новости на азербайджанском языке:

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Mənsum İbrahimov "V Televiziya muğam müsabiqəsi" və cənublu xanəndə Həmid bəy Namvərdin onun haqda dedikləri ilə bağlı danışarkən deyib:
 

"Bu müsabiqədə əsas məqsədimiz istedadlı gəncləri üzə çıxarmaqdır. Münsif kimi tam obyektivik. Sadəcə, bəzən olur ki, iştirakçı xəstələnir, biz də yaxşı ifaçı olduğuna və onu itirmək istəmədiyimizə görə güzəştə gedirik, 1 bal artıq veririk. Nisbət çox yaxşı ifaçıdır. Birinci gün də ən yaxşı o oxudu. Məhəbbət də yaxşı ifaçılardandır. Tərtərdən də bir ifaçı var, məktəb görməyib, ona da güzəştə getmişik. Əslində, o 20-likdə olan uşaqlar seçilmiş uşaqlardır. Həftədən-həftəyə də nisbətən zəif olanlar ələnib çıxır. Məqsədimiz yaxşı ifaçı yetişdirməkdir.

O ki qaldı cənublu xanəndə Həmid bəy Namvərdin mənim haqqımda dediyinə, mən onu tanımıram axı, onunla necə mehriban olum? Sadəcə, salam-əleykimiz var. Məni bütün xalq tanıyır ki, necə adamam".
 

Xatırladaq ki, Həmid bəy Namvərd "Mənsum yaxşı sənətkardır, bu tayda sevildiyi kimi, o tayda da sevilir. Lakin xarakterində bir qədər soyuqluq var. Bir neçə dəfə söhbət etmişəm, çox quru danışır" kimi fikirlər səsləndirmişdi.