Bu günləri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik

Bizə bu günləri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Gülnarə Yusifqızı deyib.

Onun sözlərinə görə, uşaq yaşlarında Şuşanı tərk etmək məcburiyyətində qalıb. Bakıda isə Biləcəri yataqxanasında qalıb.

"İndi isə sevincimizin həddi-hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Allah Prezidentimizi, ordumuzu qorusun", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Şuşa şəhərinə 32 ailə - 125 nəfər köçürülüb. Beləliklə indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.