Azərbaycanlı idmançı 3 ermənini yerə sərdi, qızıl medal aldı - YENİLƏNİB - VIDEO

Day.Az представляет новость на азербайджанском языке.

----------
14:27

Anspress xəbər verir ki, əlbəyaxa döyüş üzrə 13 yaşlı idmançı Kənan Davidov Gürcüstanda keçirilən yeniyetmələr arası beynəlxalq turnirdə qalib adını qazanıb. Maraqlıdır ki, 45 kq çəki dərəcəsində Kənanın rəqiblərinin hər 3-ü erməni əsilli idmançı olub.

Rəqiblərindən birini nokautla, digərlərini isə təmiz qələbə ilə məğlub edən Kənan yarışın qızıl medalını boynundan asıb.

Kənan Davidov erməniyə qalib gəlməsini özü üçün vacib sayır: "Bu döyüşü udmaq mənim üçün vacib idi. Hər 3 görüşüm erməni ilə oldu. Onlardan birini nokautla yerə sərdim. Əvvəllər də turnirlərdə olanda, hələ keçən il Gürcüstanda erməni ilə qarşılaşmışdım. Orada da ermənini nokautla udmuşdum".

Kənanla bərabər, bu turnirdə ölkəmizi təmsil edən 6 idmançının hamısı mükafatla qayıdıb. Bunlardan 50 kiloqramda Vüqar Bayramov 2-ci yer, 55-də Vüqar Musayev, İqbal Quliyev, 60-da Rəhim Əhmədov, 65-də Kərim Əhmədov 3-cü yerlə kifayətlənməli olublar.

------------
15:05

Videonu izləmək üçün şəklə klikləyin.