Bu ölkədə imtahanlar vaxtı internet söndürüləcək

Day.Az представляет новость на азербайджанском языке

Əlcazair hakimiyyəti məktəb imtahanları zamanı ölkədə interneti söndürür. Bu, imtahan vaxtı sualların cavablarını kənar mənbədən köçürməmək üçün görülən tədbirdir.

Day.Az deyerler.org-a istinadən bildirir ki, bu hal iyun ayının 25-nə qədər davam edəcək.

Buna səbəb 2016-cı ildə məktəb imtahanları zamanı şəbəkələrdə imtahan suallarının yayılması olmuşdur. Keçən il hakimiyyət orqanları provayderlərə imtahan vaxtı yalnız sosial şəbəkələrə giriş imkanlarını məhdudlaşdırmaq üçün müraciət etmişdir. Bu məhdudiyyət kifayət etməmişdir.

Əlcazairin təhsil naziri Nuriyə Benqabrit öz müsahibəsində bildirmişdir ki, internet tam olaraq imtahan müddəti ərzində məhdudlaşdırılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.