Zəngəzur dəhlizi Avrasiya məkanı üçün yeni imkanlar və perspektivlər açır - Şahin Mustafayev
Zəngəzur dəhlizi Avrasiya məkanı üçün yeni imkanlar və perspektivlər açır.
Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev "Mərkəzi və Cənubi Asiya: Regional əməkdaşlıq, sınaqlar və imkanlar" adlı beynəlxalq konfrans çərçivəsində plenar müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Azərabycanın 44 günlük müharibədə qələbəsindən, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsindən sonra Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyətlə əlaqədar nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni imkanlar açılır:
"Hazırda Azərbaycan Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir. Bu dəhliz faktiki olaraq Aralıq və Xəzər dənizləri ölkələrinin Böyük İpək Yolu və Şimal-Cənub dəhlizinə inteqrasiyasına xidmət edəcək".
Nazir müavini əlavə edib ki, mövcud reallıqlarda kommunikasiyaların bərpa olunması təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında sülhün, təhlükəsizliyin, sabitliyin və qarşlıqlı səmərəli əməkdaşlığın inkişafının qarantı olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре