FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə çatıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş yanğınlarla mübarizə məqsədilə dünən yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş ölkəyə çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı yerli sakinlər qarşılayıb.