Azərbaycanda DƏHŞƏT:

Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşması nəticəsində ölənlərin sayı artıb.

Day.Az AZSABAH.COM-a istinadla xəbər verir ki, dünyasını dəyişənlər Mahmudova Nərgiz, Şahverdiyev Lətif və Həsənova Rənadır.

Şahverdiyev Lətif və Həsənova Rəna qəzadan sonra Gəncədəki xəstəxanalardan birində vəfat edib.

Qeyd edək ki, mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub, onlar Yevlaxa qayıdan zaman qəzaya uğrayıblar.