Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolma daha beş il müddətinə uzadılır.

Day.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gömrük tarifi haqqında" Qanuna və Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Qanuna dərişiklik barədə komitə sədri Tahir Mirkişili məlumat verib. O qeyd edib ki, "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin oxşar xarakterdədir.

Bildirilib ki, qanun layihələrində Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolmanın daha beş il müddətinə uzadılması nəzərdə tutulub.

Müzakirələrdən sonra düzəliş səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.