"Neftçi" fanatları Rəşad Dağlıya belə dəstək verdi

Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən "Neftçi" - "Qəbələ" matçının gedişində maraqlı an yaşanıb.

"Ağ-qaralar"ın hesabda 2:0 öndə olması "Forza Neftçi"nin üzvlərinin əhvalını yüksəldib.

Day.Az sportinfo.az-a istinadən xəbər verir ki, onlar "Neftçi" ilə yanaşı noyabrın 9-da qonşusunu qətlə yetirən tanınmış meyxanaçı Rəşad Dağlıya dəstək vermək qərarına gəlib.

Oyunun 82-ci dəqiqəsində "forzalılar" "bariqa, mal satanlar, getsin öz evinə satsın, atası da kulvatdasın, anası da kulvatdasın" şüarını səsləndirib.

Rəşad Dağlının qətli törətməsinə məclislərin birində dediyi bu sözlərin səbəb olduğu deyilir.