Aİ Ermənistana ultimatum qoyub:

Sadəcə olaraq azaraq qarşı tərəfə keçən əsgərlər, əvvəlki kimi, sürətləndirilmiş şəkildə qarşı tərəfə keçirilməlidir.

Day.Az xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

"Humanitar məsələlərə gəlincə, yaxın həftələrdə daha bir neçə məhbusun azad ediləcəyi anlaşılırdı. Qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyini vurğuladım ki, sadəcə olaraq azaraq digər tərəfə keçən əsgərlər əvvəlki kimi, sürətləndirilmiş şəkildə qarşı tərəfə keçirilməlidir. İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və minalardan təmizlənməsi istiqamətində işlərin gücləndirilməsinin vacibliyini də müzakirə etdik", - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan ordusunun hərbi qulluqçuları 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistanla sərhəddə olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraiti şəraitində görmə qabiliyyətinin məhdudlaşdırılması şəraitində itkin düşüblər. Daha sonra Ermənistan mətbuatında Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanda işgəncələrin video görüntüləri və fotoları yayılıb.

Mayın 8-də Ermənistanda qondarma "məhkəmə" azərbaycanlı hərbçi Aqşin Bəbirovu 11 il yarım müddətinə azadlıqdan məhrum edib. Əsir düşən ikinci əsgərimiz Hüseyn Axundova qarşı "istintaq" davam edir.

Xatırladaq ki, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.