Ərdoğan qələbəyə əmindir

Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağına əmin olduğunu bildirib.

Day.Az xəbər verir ki, R.T.Ərdoğan bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Biz 14-nə nisbətən mayın 28-də daha çox səs qazanacağıq və qalib gələcəyik. İnşallah tarixi bir uğura imza atacağıq", - deyə Türkiyə Prezidenti bildirib.