https://news.day.az/azerinews/1566380.html Bakı prospektində FACİƏ - Maşınından düşərkən moped vurub öldürdü Xaçmaz şəhərinin Bakı prospektində ağır yol qəzası baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Çənlibel parkının qarşısında qeydə alınıb. Pərvin Qəribov adlı gənc idarə etdiyi "Kuba Ege" markalı mopedlə avtomobili saxlayıb sükan arxasından düşən sürücünü vurub.

Bakı prospektində FACİƏ - Maşınından düşərkən moped vurub öldürdü

Azərbaycanca, 22 мая 2023 10:05 (UTC +04:00) 1 105
Bakı prospektində FACİƏ

Xaçmaz şəhərinin Bakı prospektində ağır yol qəzası baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Çənlibel parkının qarşısında qeydə alınıb. Pərvin Qəribov adlı gənc idarə etdiyi "Kuba Ege" markalı mopedlə avtomobili saxlayıb sükan arxasından düşən sürücünü vurub.

Qapını açarkən mopedin zərbəsinə tuş gələn "Opel" markalı avtomobilin sürücüsü, 1962-ci il təvəllüdlü Quliyev Tofiq Məmmədqulu oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости