https://news.day.az/azerinews/1877934.html Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib - FOTO Ağcabədi rayonunun Minaxorlu kəndində tarixi binada yanğın hadisəsi qeydə alınıb. Day.Az Trend-ə istinadən bildirir ki, yanğın Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən, hazırda istifadə olunmayan köhnə məktəb binasında baş verib. Məlumata əsasən, bir əsrdən artıq yaşı olan bina vaxtilə bəy evi olub.

Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib - FOTO

Azərbaycanca, 29 ноября 2026 11:04 (UTC +04:00) 246
Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib

Ağcabədi rayonunun Minaxorlu kəndində tarixi binada yanğın hadisəsi qeydə alınıb.

Day.Az Trend-ə istinadən bildirir ki, yanğın Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən, hazırda istifadə olunmayan köhnə məktəb binasında baş verib.

Məlumata əsasən, bir əsrdən artıq yaşı olan bina vaxtilə bəy evi olub. Sovet dövründə burada məktəb fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikildikdən sonra isə tikilidən anbar kimi istifadə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri və polis əməkdaşları cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğının hazırda fəaliyyət göstərən məktəb binasına yayılmasına imkan verilməyib.

Hazırda yanğının tam söndürülməsi və aktiv yanma ocaqlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbi araşdırılır.

  • Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости