https://news.day.az/azerinews/1652742.html
ABŞ Konqresi İrana qarşı sanksiyaların müddətsiz qüvvədə olmasını dəstəkləyib
ABŞ Konqresi İrana qarşı sanksiyaların müddətsiz qüvvədə olmasını dəstəkləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət başçısının İrana qarşı sanksiyalar tətbiq etməsinə imkan verən qanunun müddətsiz qüvvədə qalmasını dəstəkləyib.
Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Nümayəndələr Palatasının 407 üzvü qanun layihəsinin lehinə, 16 nəfər isə əleyhinə səs verib.
Qeyd olunub ki, sənəd nəzərdən keçirilməsi üçün Senata göndəriləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре