https://news.day.az/azerinews/1654241.html
Kəngərlidə ağır qəza - Yaralılar var
Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Day.Az xəbər verir ki, rayonun Qıvraq qəsəbəsində qeydə alınan hadisə zamanı Şərur rayon Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Zeynalov Qabil Sabir oğlunun idarə etdiyi 68-BC-036 dövlət nömrə nişanlı avtomobil 74-BB-220 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub.
Kəngərlidə ağır qəza - Yaralılar var

Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az xəbər verir ki, rayonun Qıvraq qəsəbəsində qeydə alınan hadisə zamanı Şərur rayon Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Zeynalov Qabil Sabir oğlunun idarə etdiyi 68-BC-036 dövlət nömrə nişanlı avtomobil 74-BB-220 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub.
Nəticədə Qaraxanbəyli kənd sakinləri - 1972-ci il təvəllüdlü Babayeva Sara Məhərrəm qızı və 1992-ci il təvəllüdlü Babayeva Rəxşəndə Elman qızı xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре