Cavanşir körpüsündə söküntülər nə vaxt bitəcək?

Bakıda 62 il əvvəl istisimara verilmiş Cavanşir körpüsünün söküntüsü davam etdirilir.

Day.Az xəbər verir ki, ötən gündən başlayan söküntü işləri çərçivəsində körpünün dəmir-beton konstruksiyaları çıxarılıb.

İllər əvvəl körpü tikilərkən konsturuksiyası həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb. Zaman keçdikcə nəqliyyatın intensivliyinin dəfələrlə artması nəticəsində körpüdə müəyyən problemlər yaranıb.

Söküntü işlərini icra edənlər "Xəzər Xəbər"ə bildiriblər ki, dağıntılar ərazidən yalnız gecə saatlarında daşınacaq və bu işlərin təxminən 6-7 günə tamamlanması planlaşdırılır. 

Qeyd edək ki, sosial şəbəkələrdə söküntü işləri zamanı ərazidən keçənlərin təhlükəsizliyinin qorunmaması ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər" bildirib ki, ərazidə səki boyunca təhlükəsizlik lenti çəkilib və digər önləyici tədbirlər görülür.

Xatırladaq ki, ərazidə işlərin 4-5 aya yekunlaşması planlaşdırılır.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.