https://news.day.az/azerinews/1668571.html
Mingəçevirdə qayığdakı yanğında xəsarət alanların son vəziyyəti açıqlanıb
Mingəçevirdə qayığdakı yanğında xəsarət alanların son vəziyyəti açıqlanıb
![Mingəçevirdə qayığdakı yanğında xəsarət alanların son vəziyyəti açıqlanıb](https://img.day.az/2018/01/06/800x550/bolnica_33333_new.jpg)
Mingəçevirdə baş verən hadisə ilə əlaqədar saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən Day.Az-a bildirilib ki, yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре