Türkiyədə meşə yanğınları ilə bağlı

Türkiyənin İzmir, Bolu və Çankırı vilayətlərində meşə yanğınları günlərdir davam edir. Çankırıda fövqəladə vəziyyətin qarşısı alınsa da, Bolu və İzmirdə hələki yanğınla mübarizə aparılır.

Day.Az Yenisabah.az-a istinadən xəbər verir ki, AFAD rəsmiləri sözügedən yanğınların təqribən 44 hektar ərazini əhatə edən bitki örtüyünə ciddi ziyan vurduğunu bildirib. Yanğınlar səbəbindən 125 nəfər evakuasiya edilib. 

Xatırladaq ki, artıq uzun müddətdir davam edən meşə yanğınlarının söndürülməsinə çoxlu sayıda texnika və canlı qüvvə cəlb edilib.