Sabah hava necə olacaq? - PROQNOZ
Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə -1 dərəcədən 3 dərəcəyədək, gündüz 6 dərəcədən 10 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə -3 dərəcədən 2 dərəcəyədək, gündüz 6 dərəcədən 11 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10 dərəcəyədək, yüksək dağlıq ərazilərdə 15 dərəcədən -20 dərəcəyədək, gündüz -2 dərəcədən -5 dərəcəyədək olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре