https://news.day.az/azerinews/1815948.html Luvr muzeyini su basdı Fevralın 13-nə keçən gecə Parisin Luvr muzeyini su basıb. Day.Az bu barədə Fransa KİV-ə istinadən xəbər verir. Luvrun texniki xidməti hadisəni fövqəladə vəziyyət kimi şərh edib. Əsasən 15 və 16-cı əsrə aid sənət əsərlərinin saxlanıldığı zalı su basdığı bildirilir. 707 saylı həmin bölmə "Düşatel" adlanır.

Luvr muzeyini su basdı

Azərbaycanca, 13 февраля 2026 16:57 (UTC +04:00) 360
Luvr muzeyini su basdı

Fevralın 13-nə keçən gecə Parisin Luvr muzeyini su basıb.

Day.Az bu barədə Fransa KİV-ə istinadən xəbər verir.

Luvrun texniki xidməti hadisəni fövqəladə vəziyyət kimi şərh edib. Əsasən 15 və 16-cı əsrə aid sənət əsərlərinin saxlanıldığı zalı su basdığı bildirilir. 707 saylı həmin bölmə "Düşatel" adlanır.

Həmin zaldakı incəsənət əsərlərinə ciddi ziyan dəydiyi bildirilir. Hadisə ilə bağlı ekspert araşdırmasına başlanılıb.

Su sızmasının yuxarı mərtəbələrin birinin su təchizat borularında baş verən nasazlıqdan qaynaqlandığı güman edilir. Hazırda 706 və 708 saylı zalların bağlandığı bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости