https://news.day.az/azerinews/1822134.html Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır Yatmazdan əvvəl müəyyən qidaların qəbul edilməsi gecə ərzində əzələlərin bərpasına və inkişafına kömək edə bilər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qatıq tərkibindəki zülallar sayəsində bu baxımdan faydalı hesab olunur. Qatıqda olan zərdab və kazein zülalları fərqli şəkildə sorulur.

Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır

Azərbaycanca, 15 марта 2026 01:38 (UTC +04:00) 353
Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır

Yatmazdan əvvəl müəyyən qidaların qəbul edilməsi gecə ərzində əzələlərin bərpasına və inkişafına kömək edə bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qatıq tərkibindəki zülallar sayəsində bu baxımdan faydalı hesab olunur.

Qatıqda olan zərdab və kazein zülalları fərqli şəkildə sorulur. Kazein mədədə yavaş həzm olunduğu üçün 6-8 saat ərzində amin turşularını bədənə tədricən ötürür. Bu isə gecə vaxtı əzələ parçalanmasının qarşısını almağa və bərpa prosesini dəstəkləməyə kömək edir.

Mütəxəssislər təsiri artırmaq üçün qatığa az miqdarda darçın və ya qoz əlavə etməyi tövsiyə edirlər. Bununla yanaşı, yumurta, toyuq döşü və kinoa kimi zülal və minerallarla zəngin qidalar da əzələlərin bərpasına dəstək verə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости