https://news.day.az/azerinews/1830767.html Həftəsonu 2500-ə yaxın şəxs rezidentura imtahanı verəcək Həftəsonu rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi keçiriləcək. Day.Az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahanlar mayın 3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan üçün ümumilikdə 2390 şəxs qeydiyyatdan keçib.

Həftəsonu 2500-ə yaxın şəxs rezidentura imtahanı verəcək

Azərbaycanca, 27 апреля 2026 20:17 (UTC +04:00) 274
Həftəsonu 2500-ə yaxın şəxs rezidentura imtahanı verəcək

Həftəsonu rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi keçiriləcək.

Day.Az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahanlar mayın 3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan üçün ümumilikdə 2390 şəxs qeydiyyatdan keçib. Onlardan 1858 nəfər Azərbaycan bölməsi, 532 nəfər isə rus bölməsi üzrə ərizə verib.

 

Qeyd edək ki, rezidentura imtahanı ödənişlidir. İmtahan üçün ödəniş məbləği 60 manatdır.

Xatırladaq ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости