https://news.day.az/azerinews/1834566.html Zaminlikdən hansı hallarda çıxmaq MÜMKÜNDÜR? Bir çox hallarda vətəndaşları bank və yaxud kreditlərlə bağlı düşündürən suallardan biri də zaminlik öhdəliyinin başqasına ötürülüb-ötürülə bilmədiyi məsələsidir. Day.Az-a açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov deyib ki, zaminlik öhdəliyinin ötürülməsi, əslində, zaminlikdə dəyişiklik deməkdir.

Zaminlikdən hansı hallarda çıxmaq MÜMKÜNDÜR?

Azərbaycanca, 15 мая 2026 15:34 (UTC +04:00) 281
Zaminlikdən hansı hallarda çıxmaq

Bir çox hallarda vətəndaşları bank və yaxud kreditlərlə bağlı düşündürən suallardan biri də zaminlik öhdəliyinin başqasına ötürülüb-ötürülə bilmədiyi məsələsidir.

Day.Az-a açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov deyib ki, zaminlik öhdəliyinin ötürülməsi, əslində, zaminlikdə dəyişiklik deməkdir.

O, qeyd edib ki, belə dəyişiklik yalnız kreditorun, yəni məsələn bankın, razılığı ilə mümkündür.

"Yəni, zaminlik hansı şəxsin xeyrinə verilibsə, onu yalnız bankın razılığı ilə başqa şəxsə ötürmək olar. Əgər bank razılıq vermirsə, bu mümkün deyil.

Bunun səbəbi odur ki, zaminlik şəxsi öhdəlikdir və bank məhz həmin şəxsin şəxsiyyətini, ödəniş qabiliyyətini və kredit tarixçəsini nəzərə alaraq razılıq verib. Başqa bir şəxs bankın razılığı olmadan zaminliyi əvəz edə bilməz, çünki onun ödəniş qabiliyyəti zəif ola bilər və bu, bank üçün risk yaradır", - ekspert vurğulayıb.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости