https://news.day.az/azerinews/1835690.html 5 gün qeyri-iş günü OLACAQ Azərbaycanda gələn həftə uzunmüddətli istirahət günləri olacaq. Day.Az xəbər verir ki, ölkədə ardıcıl olaraq iki bayramın qeyd olunması səbəbindən vətəndaşları 5 günlük qeyri-iş günü gözləyir. Belə ki, mayın 27 və 28-i Qurban bayramı, 28 May isə Müstəqillik Günü kimi qeyd ediləcək.

5 gün qeyri-iş günü OLACAQ

Azərbaycanca, 19 мая 2026 14:27 (UTC +04:00) 307
5 gün qeyri-iş günü

Azərbaycanda gələn həftə uzunmüddətli istirahət günləri olacaq.

Day.Az xəbər verir ki, ölkədə ardıcıl olaraq iki bayramın qeyd olunması səbəbindən vətəndaşları 5 günlük qeyri-iş günü gözləyir.

Belə ki, mayın 27 və 28-i Qurban bayramı, 28 May isə Müstəqillik Günü kimi qeyd ediləcək. Bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar Əmək Məcəlləsinə uyğun olaraq mayın 29-u da qeyri-iş günü elan olunacaq.

Beləliklə, 27, 28 və 29 may tarixləri ilə yanaşı, həftəsonuna təsadüf edən 30 və 31 may da istirahət günü olacaq.

Azərbaycanda növbəti iş gününün isə iyunun 1-dən başlayacağı bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости