https://news.day.az/azerinews/1836818.html
Azərbaycanda avtomobil benzini istehsalı artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 480,7 min ton avtomobil benzini istehsal edilib. Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,3 min ton və ya 13,3% çoxdur.
Azərbaycanda avtomobil benzini istehsalı artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 480,7 min ton avtomobil benzini istehsal edilib.
Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,3 min ton və ya 13,3% çoxdur.
Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır avtomobil benzini ehtiyatı 44 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 607,0 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре