Uşağın başını kəsən Gülçöhrənin atası:

Day.Az представляет новость на азербайджанском языке

Fevralın 29-da Moskvada dayəsi olduğu 4 yaşlı əlil qızın başını kəsən, sonra da mənzilə od vurub çıxan Gülçöhrə Babakulova məhkəmənin ilk iclasında deyib ki, ona "qətli Allah əmr etdi".
Qatil dayə rəsmi olaraq heç bir yerdə işləməyib, namaz qılmayıb, Quran oxumayıb, məscidə də getməyib.
Bunu Gülçöhrənin atası, 62 yaşlı Bahrəddin Turayev deyib.
G.Babakulova Moskvada tutulan kimi onun doğulduğu Səmərqənd şəhərində böyük oğlu Rəhmətullo da həbs ollunub. Əvvəllər Moskvada yaşamış Rəhmətullo ötən ilin noyabr ayının sonlarında Özbəkistana, babasının və atasının yanına dönmüşdü.

"O uşağa "qızım" deyirdi"

"Gülçöhrənin Moskvaya getməsini istəmirdik. Burada iş tapa biləcəyini deyirdik, amma bizə qulaq asmadı, inad etdi. Burada darıxdığını, Moskvada isə "qızının" olduğunu söylədi. O, həmin 4 yaşlı əlil qızın fotolarını bizə tez-tez göstərirdi, "Qızım üçün darıxıram" deyirdi. Üstəlik, Səmərqənddə darıxdığını da deyirdi. Bu ilin yanvarın 23-də Moskvaya təyyarə ilə yollandı. Özüm onu Səmərqənddən yola saldım. Həmin vaxtdan əvvəl iki ay evdə oldu, mənim və anasının yanında qaldı. Hər şey normaldı. Yeni pasport almağa gəlmişdi, çünki köhnə pasportunun vaxtı qurtarmışdı", - B.Turayev söyləyir.
Gülçöhrə Babakulovanın üç oğlu var. Böyük oğul Rəhmətullo 19 yaşındadır və qadının ilk əri ilə yaşayır. 

"Ata, qorxuram!"

Gülçöhrə ağır depressiya və şizofreniya diaqnozu ilə ruhi-əsəb xəstəxanasına aparılanda əri ondan boşandı, oğlunu da özü ilə apardı.
B.Turayev danışır: "2002-ci ildə boşandılar. Sonra qəribə sözlər deməyə başladı. Qulağına səslər gəldiyini deyirdi. Mənə və anasına qulaq asmırdı, aqressiv olmuşdu. Huşsuz olmuşdu, yaddaşını itirmişdi. Onu sakitləşdirirdim, Gülçöhrə isə elə hey deyirdi: "Ata, qorxuram!" Xəstəxanaya apardıq, 13 gün orada qaldı. Sonra buraxdılar və iki həftədən sonra vəziyyəti yenə pisləşdi. Qəflətən qışqırdı: "Aman Allah, hər tərəf qandır!" Yenə xəstəxanaya apardıq. Qızımı palataya yatırdılar. Qızımın babasil olduğu da aşkarlandı. Dərman verdilər, vəziyyəti düzəldi".
Səmərqənddəki psixiatrik klinikadan verilən məlumata görə, G.Babakulova 2002-ci ildən bəri şizofreniya xəstəsi kimi uçotda olub.

Gölçöhrə ikinci oğlunu, 18 yaşlı Muradı 1,5 yaşına qədər böyüdüb, sonra uşağı ondan alıblar.
"Kürəkənimin bacısının uşağı olmurdu, dərddə idi. Biz də yardım etmək qərarına gəldik. Gülçöhrənin ikinci oğlunu onlara verdik. Qızım oğlu ilə istədiyi zaman görüşürdü, uşaq da anasının kim olduğunu bilirdi. Gülçöhrənin üçüncü oğlu 16 yaşındadır. Bizimlə yaşayır, gələn il texnikumda oxuyacaq", - B.Turayev söyləyib.
Onun sözlərinə görə, Gülçöhrə oğullarını evləndirmək üçün pul yığmaq məqsədilə Moskvaya yollanmışdı. 
Qadının ali təhsili də yoxdu: 10-cu sinifi bitirən kimi onu ərə vermişdilər.

"Azərbaycanlıların dükanında da işləyib"

Turayev danışır:
- Moskvaya getmək istəyəndə onu fikrindən daşındırmaq istədim. Hirsləndi, gözlərini bərəltdi, sonra məni vurdu. Zorla sakitləşdirdim. Moskvaya getdi. İlk vaxtlar tərəvəz bazasında işləyirdi, soğanları saf-çürük edirdi.
Sonra azərbaycanlıların dükanında işləməyə başladı, bazarda meyvə-tərəvəz satırdı. Moskvada ikinci əri Söhrab Babakulovla tanış oldu, ona ərə getdi, iki il yaşadılar. Söhrab da Səmərqənddən idi. Toy burada, Səmərqənddə oldu.
Sonra qızım dedi ki, Söhrabın ona rus qadınla xəyanət etdiyini öyrənib, Moskvada o qadını tapıb. Söhrabdan sonra Gülçöhrə tək yaşayıb.  Ərindən boşansa da, Söhrabın soyadını daşıyır. Nəvəm Rəhmətullo Moskvada yaşayanda anası ilə cəmi üç dəfə görüşmüşdü. Onlar bir-birlərindən çox uzaqda yaşayırdılar.  Böyük ailəyik, 6 qızım, 19 nəvəm, bir nəticəm var. Dəhşət içindəyik. Uşaqlar ağlayırlar, arvadım yatağa düşüb. Bu nə bəla idi başımıza gəldi...

"Qızım dindar deyil"

B.Turayevin sözlərinə görə, Gülçöhrə Babakulova dindar olmayıb: "Namaz qılmırdı, Quran oxumurdu, məscidə də getmirdi. Məhkəmədə deyib ki, guya uşağı öldürməyi ona "Allah əmr edib". Axmaqlayır. Qızım sakit adamdır. Üstünə qışqırmasan, xətrinə dəyməsən, kimsə ilə işi yoxdur. Onu müalicə etmək lazımdır".

Qatil dayə xəstədir

"Səslər"in əmri ilə hərəkət edən insanlar çox qorxulu, təhlükəlidirlər.
Rusiya Müstəqil Psixiatriya Assosiasiyasının psixiatrı Lyubov Vinoqradova deyir: "Belə insanlar eşitdikləri "səs"lərə müqavimət göstərə bilmir, davranışlarına nəzarət etmirlər. Babakulovanın məhkəmədə sərbəst davranması, danışması, gülümsəməsi də onun qeyri-adekvatlığının, ruhi xəstə olmasının sübutudur. Bir qadın vardı - qızını vannada boğmuşdu. Halbuki həmin qadın üç uşaq anası, çox mehriban və qayğıkeş insandı. Dedi ki, "səs" ona uşağı öldürməyi əmr etdi, "uşağın bətninə şər ruh girib" söylədi. Təbii, G.Babakulova kompleks məhkəmə-tibb ekspertizasından keçiriləcək".
G.Babakulovanın başını kəsdiyi 4 yaşlı qız serebral iflic idi.

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.