Tanınmış futbolçu növbəti dəfə əməliyyat olundu
Day.Az представляет новость на азербайджанском языке
Paylaş"Werder" və Xorvatiya millisinin sabiq futbolçusuİvan Klasniç 3-cü dəfə böyrəyindən əməliyyat olunub.
Day.Az goal.az-a istinadən xəbər verir ki, əməliyyat oktyabrın 17-si Zaqrebdə baş tutub. Klasniç bunun ağır keçdiyini bildirib.
"Qorxurdum ki, böyrək nəqli növbəti dəfə alınmaz. Amma, deyəsən, hər şey yaxşıır. Nəhayət ki, həyatım normal ritmə dönür. Tezliklə yenidən millilitr hesablamadan su içə biləcəm. Hələlik tənəffüs maskası taxmalı və az gəzməliyəm. Biraz sonra hər şeyə icazə veriləcək" - xorvatiyalı futbolçu deyib.
Onda böyrək çatışmazlığı 2006-cı ildə özünü göstərmişdi. Həmin vaxt futbolçuya anasının böyrəyi köçürülsə də, bir müddət sonra orqanizm onu qəbul etməmişdi. 2007-ci ildə Klasniçin atası donor qismində çıxış edərək ona böyrəyini vermişdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре