Gələn il üçün orta aylıq pensiyanın məbləği açıqlanıb

Day.Az представляет новость на азербайджанском языке

Növbəti il pensiyaların yenidən artacağı gözlənilir.

Day.Az "xezerxeber"ə istinadən bildirir ki, bu dəfə nominal orta aylıq əmək haqqının ötənilki artım tempinə uyğun olaraq indeksləşdirilməsi aparılacaq. Nəticədə pensiyanın bütün məbləği, yəni həm sığorta, həm də baza hissəsi artacaq.

Dövlət Sosial Müdafiə Fondunun sosial işlər departamentinin müdir müavini Eyvaz İsmayılovun sözlərinə görə, əgər artım əvvəlki illərdə 10-11 manat təşkil edirdisə, növbəti ildən bu rəqəmin daha da artırılacağı proqnozlaşdırılır. Artımın kimlərə şamil olacağı da məlumdur.

Pensiya məbləğinin artırılması ilə bağlı vətəndaşın harasa müraciət etməsinə isə ehtiyac olmayacaq. Məlumat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron bazasında yerləşdirilən kimi artım avtomatik şəkildə həyata keçiriləcək.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən orta pensiya məbləği və pensiyaçıların sayı haqqında tərtib edilmiş məlumatlara əsasən, 2018-ci ildə orta aylıq pensiyanın məbləğinin 216 manat 50 qəpik olacağı proqnozlaşdırılıb. Pensiyanın tam olaraq neçə faiz artacağı isə bu ilin sonu bilinəcək. Bu, 2017-ci ildəki orta əmək haqqının artım tempinə uyğun olaraq aparılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Gələn il üçün orta aylıq pensiyanın məbləği açıqlanıb