Fuad Ələsgərov və Zakir Həsənov cəbhə xəttində

Day.Az представляет новость на азербайджанском языке

Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb.

Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.