Yuxudaykən evinə raket düşüb ölən 17 yaşlı qız dəfn edildi

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün Afrindən Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsinə 2 raket atılıb. Raketlərdən biri evə düşüb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb. YPG-li terrorçuların Afrindən atdığı raketin evə düşməsi nəticəsində ölən şəxs 17 yaşlı Fatma adlı qızdır.

Milli.Az Sabah-a istinadla xəbər verir ki, o, yuxudaykən ölüb. Fatma bu gün torpağa tapşırılıb.

Rəfiqələrinin dediyinə görə onun ən böyük arzusu universitetə girmək idi.

Milli.Az fotoları təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.