Şəmkirdə çay evi yanıb

Day.Az представляет новость на азербайджанском языке

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qaracəmirli kəndində ümumi sahəsi 464 m² olan çay evinin çardağının yanar konstruksiyaları 300 m² sahədə yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.