“iPhone” istifadəçiləri, diqqət!

Day.Az представляет новость на азербайджанском языке

Texnologiyanın yenilikləri saymaqla bitmir. Bunlardan biri də ağıllı telefonlardır. Bir-birindən üstün funksiyaları və istifadə imkanları onları digərlərindən fərqləndirir. Lakin işləri asanlaşdırmaqla yanaşı, bu cihazların xarab olma ehtimalı da yüksəkdir. "iPhone" və ya "iPad" istifadə edirsinizsə, onun tarixini dəyişdirmək sizə baha başa gələ bilər. Belə ki, ABŞ-da istifadəçilərdən biri telefonun tarixini avtomatikdən çıxarıb, 1 yanvar 1970-ci ilə dəyişdikdən sonra cihaz işləməyib. Bundan sonra "iTunes" vasitəsilə müdaxilə edib telefonu düzəltməyə çalışan şəxsin bu cəhdi uğursuz alınıb.

İstifadəçi telefonunu "Apple Store"a aparsa da, işçilər problemi aradan qaldıra bilməyiblər. Əvəzində isə bu şəxsə yeni bir mobil telefon veriblər. Qeyd edək ki, "Apple" şirkəti mövzu ilə əlaqədar heç bir açıqlama verməyib.

zaman.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.