Avropanın mərkəzində partlayış

Day.Az представляет новость на азербайджанском языке

----------
15:02

Belçika Fransa ilə sərhədi bağlayıb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, həmçinin ölkədəki bütün nüvə obyektlərinin mühafizəsi gücləndirilib.

Parisdən Brüsselə hərəkət edən Thalys yüksəksürətli qatarların da hərəkəti dayandırılıb. Həm Brüssel, həm də Paris vağzallarında təhlükəsizlik tədbirləri gücləndirilir.

---------
13:59

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Brüsseldəki aeroport və metroda partlayışlarda ölənlərin sayı 21-ə çatıb.

----------
13:40

Milli.Az gazeta.ru-ya istinadən bildirir ki, Brüsseldə baş nazirin dəftərxanası və Belçika federal parlamentinin binası boşaldılıb.

Həmçinin NATO baş qərargahında da təhlükəsizlik tədbirləri gücləndirilib.

----------
13:36

Brüssel aeroportu partlayışdan sonra bütün sərnişinlərin təxliyə edildiyini bildirib.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, aeroport çərşənbə günü saat 6:00-dək bağlı olacaq.

----------
13:14

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Brüsseldəki partlayışlarda 13 nəfər həlak olub, 35 nəfər yaralanıb.

TASS-ın məlumatına görə isə ümumilikdə 4 partlayış - 2-si aeroportda, ikisi metroda - olub. aeroportda ölənlərin sayı 17 nəfərdir.

----------
12:53

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Brüsseldəki partlayışı terrorçu-kamikadze törətdiyi deyilir..

Avrokomissiya rəhbərliyi öz əməkdaşlarına evdən, yaxud olduqları binalardan çıxmamağı tapşırıb.

----------
12:45

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Brüssel metrosundakı ikinci partlayış Şuman stansiyasında, Avrokomissiya ilə Aİ-nin binası yaxınlığlnda baş verib.

Brüssel aeroportunda isə daha bir bomba tapılıb.

----------
12:42

Milli.Az "RİA Novosti-yə istinadən xəbər verir ki, Belçikada, Brüssel hava limanındakı partlayış rəsmi olaraq terror aktı hesab edilib.

----------
12:40

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Brüssel metrosunun daha bir stansiyasında partlayış olub.

Həmçinin bildirilir ki, Belçika kəşfiyyatının mümkün hücumlardan xəbəri olub.

-----------

12:29

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Brüssel metrosunda partlayış olub.

Xəbəri yerli telekanallar yayıb. Sputnik-in məlumatına görə, ümumilikdə 3 partlayışda 18 adam ölüb, 30-dan çox yaralı var.

-----------
12:15

Brüssel polisi Sputnik agentliyinə aeroportda partlayış olması faktını təsdiqləyib.

"Partlayış olub, başqa heç nə deyə bilmərik. Hal-hazırda aeroporta girə bilmirik. Partlayış böyük zalda olub", - məlumatda deyilir.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, partlayışla bağlı ABŞ-ın Belçikadakı səfirliyi də açıqlama verib:

"Hazırda partlayışla bağlı dəqiq informasiyamız yoxdur. Hələlik partlayışın American Airlines-ın yaxınlığında olması barədə məlumat da təsdiqini tapmayıb, gözləyirik".

RTBF telekanalı məlumat yayıb ki, partlayışlardan biri ABŞ-a uçuşların qeydiyyat masasının yaxınlığında olub.

----------
12:08

Milli.Az RİA Novosti-yə istinadən bildirir, yaralıların sayı 30-a çatıb.

Belçika KİV-i Brüssel aeroportundakı partlayışlardan əvvəl atəş səsləri və ərəb dilində çığırtılar eşidildiyini yazır.

Aeroport təxliyə edilir. Hava limanı Twitter-dəki hesabından məlumat yayaraq bildirib: "Aeroporta gəlməyin, təxliyə aparılır. Aeroport ərazisindən qaçın. Reyslər təxirə salınıb".

Növbəti göstərişlər alınanadək aeroport bağlanılıb.

-----------
11:52

Brüssel aeroportundakı partlayışlarda 11 nəfər ölüb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Monde qəzeti məlumat yayıb.

KİV-in məlumatına görə, partlayışlar uçuş zalında olub.

İlkin məlumata görə, 11 nəfər həlak olub, 25 yaralı var.

Terminalın fasadının şüşələri qırılıb, tavanın bir hissəsi çöküb. Partlayışın səbəbi bilinmir. Bütün reyslər təxirə salınıb. Aeroporta gələn dəmiryolu reysləri də ləğv edilib.

RTBF telekanalı bildirir ki, çox güman ki, bu, teraktdır.

Belçika hökuməti partlayışlarla bağlı təcili iclasa toplanıb.

----------
11:35

Milli.Az "sputniknews"a istinadən xəbər verir ki, Belçikada Brüssel hava limanında partlama səsləri eşidilib. İlkin məlumata görə, yaralılar var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.​
Два взрыва в аэропорту Брюсселя

Взрывы в аэропорту Брюсселя

Паника после двух взрывов в аэропорту Брюсселя