Aparıcı Zaur: "İstəyirəm çoxlu qızım olsun"

Day.Az представляет новость на азербайджанском языке:

Aparıcı Zaur Baxşəliyev şəxsi həyatından danışıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, aparıcı "Bizimləsən" verilişində növbəti dəfə ata olmaq arzusunu dilə gətirib: "Lap kiçik yaşlarımdan Allahdan bir arzum olub ki, çoxlu qız övladım olsun. Hətta onlara ad da fikirləşmişdim. Amma böyüdükcə düşündüm ki, həmin adları qız uşaqlarına qoymaq olmaz. Qız atası olmaq böyük məsuliyyətdir".
 
Qeyd edək ki, aparıcı Günay Baxşəliyeva ilə ailəli olan aparıcının 2013-ci ildə qızı olub. O, övladına anasının adını (Dilavər) qoyub.