İŞİD Suriyanın ən böyük qaz yataqlarını ələ keçirdi

Day.Az представляет новость на азербайджанском языке

Suriyadakı İŞİD terror təşkilatı Əş-Şaer qaz yataqlarının bir hissəsini ələ keçirib.

Day.Az ölkə.az-a istinadən bildirir ki, Suriyanın Hums şəhərinin 120 kilometrliyində yerləşən Əş-Şaer qaz yataqlarının böyük bir hissəsi İŞİD terror təşkilatının nəzarətinə keçib.

Hazırda Suriya ordusunun birləşmələrinin yataqlar yerləşən ərazini İŞİD terrorçularından qorumağa çalışdığı bildirilir.

Qeyd edək ki, Əş-Şaer yataqları Suriya iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edir. Hazırda Dəməşq başqa olmaqla Suriyanın Əsədin nəzarətində olan bütün şəhərlərini elektrik enerjisi ilə təmin edən istilik elektrik stansiyaları bu yataqlardan qidalanır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.